Ağstafada 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş “Vətən nəfəsi” adlı ağacəkmə aksiyaları təşkil olunub
07 noyabr 2025 | 16:12
Ağstafa Rayon İcra Hakimiyyətinin 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə dair Tədbirlər Planına uyğun olaraq keçirilən silsilə tədbirlər çərçivəsində şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş ağacəkmə aksiyaları keçirilib.
Köçəsgər və Həsənsu kəndləri ərazisində torpaq-iqlim şəraiti nəzərə alınaraq təşkil olunan ağacəkmə aksiyalarında Ağstafa RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, RİH-in könüllü gəncləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Aksiyada iki min ədədə yaxın müxtəlif növ meşəcinsli və meyvə ağacları əkilib. Əkilən ağaclara zəruri aqrotexniki qulluq göstərilib.






