Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada “Açıq qapı” günü keçirilib

31 may 2022 | 17:57

Ağstafada Qazax-Tovuz Regional Məşğulluq filialının dəstəyi ilə “Açıq qapı” günü keçirilib. 

 Ağstafa Gənclər Evi Sosial Xidmət Müəssəsində təşkil olunmuş əmək yarmarkasında “Saloğlu” fərdi firmasının təqdim etdiyi vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında iş üçün müraciət edən vətəndaşlara ətraflı məlumat verilib. “Açıq qapıda” iştirak edən şəxslərdən ümumilikdə 18 nəfəri işlə təmin olunub.

 

Keçidlər