Ağstafada akademik Zərifə Əliyevanın anadan olmasının 102 illiyinə həsr olunmuş tədbir keçirilib.
Ağstafa Rayon İcra Hakimiyyəti və Ağstafa Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə Oftalmologiya sahəsində ilk azərbaycanlı akademik Zərifə xanım Əliyevanın 102 illik yubileyi münasibəti ilə tədbir keçirilib. Rayon Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə Ağstafa RİH Başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova, rəsmilər, rayonun səhiyyə işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdən öncə akademik Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs edən kitablardan ibarət sərgiyə baxış keçirilib. Tədbirdə Ağstafa RİH Başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova, Ağstafa Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Səyyad Yusifov, Ağstafa RMX PHŞ nını direktor müavini Teyyub Carçıyev, Ağstafa RMX PHŞ nın keyfiyyətə nəzarət olunması üzrə mütəxəssis Murad Babakişiyev, Ağstafa RMX PHŞ nın İcbari Tibbi Sığorta şöbəsinin bölmə müdiri Ləman Abdullayeva və Ağstafa RMX PHŞ nın poliklinika şöbəsinin müdiri həkim oftalmoloq Gülnarə Abdullayevanın çıxışları dinlənilib. Çıxış edən natiqlər müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olan Zərifə xanımın elm üçün gözəl tədqiqatçı, övladlarına qayğıkeş valideyn olduğunu qeyd edib, onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərdiyini vurğulayıblar. Qeyd olunub ki, Zərifə Əliyeva Azərbaycanda tibb elminin inkişafına əhəmiyyətli töhfələr verib, oftalmologiya sahəsində elmi məktəb yaradıb, onun peşəkar həkimlik fəaliyyəti və təklif etdiyi yeni müalicə üsulları sayəsində on minlərlə insanın görmə qabiliyyəti bərpa olunub, minlərlə insan qlaukoma xəstəliyindən xilas edilib. Zərifə Əliyevanın çoxcəhətli elmi və tibbi fəaliyyəti təkcə öz dövrü üçün deyil, bu gün üçün də mühüm əhəmiyyət kəsb edir. Ağstafa rayon səhiyyə işçiləri öz çıxışlarında Zərifə xanım Əliyevanın oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil etdiyi fundamental əsərləri barədə geniş məlumatlar veriblər.