Ağstafada Anım Günü ilə əlaqədar şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası təşkil olunub
27 sentyabr 2026 | 15:25
27 Sentyabr – Anım Günü ilə əlaqədar Ağstafada keçirilən silsilə tədbirlər çərçivəsində şəhidlərimizin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Aksiyada Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərimizin ailə üzvləri, müharibə veteranları, gənc könüllülər və ictimaiyyət nümayəndələri iştirak ediblər.






