Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada “Aqroturizm sahəsində mövcud imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir təşkil olunub

21 avqust 2025 | 14:37

Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Ağstafa rayonunda “Aqroturizm sahəsində mövcud imkanlar, çətinliklər və perspektivlər” mövzusunda sahibkarlarla görüş keçirilib. Görüşdə Ağstafa şəhər İcra Hakimiyyətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, Dövlət Turizm Agentliyinin, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesterinin, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının, Azərbaycan Biznesin İnkişafı Fondunun, Bank Respublikanın Qazax filialının və digər aidiyyəti qurumlarının nümayəndələri, eləcə də rayonda heyvandarlıq, turizm və ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlıq subyekti iştirak edib.

Tədbirdə KOBİA-nın, Dövlət Turizm Agentliyinin və digər dövlət qurumlarının bu sahə üzrə birgə həyata keçirilən layihələr barədə məlumat verilib. Aqroturizm, üzümçülük və şərabçılıq sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin təklifləri və müraciətləri dinlənilib, dövlət dəstəyi mexanizmləri, o cümlədən güzəştli kreditlərdən istifadə, KOBİA-nın dəstək və xidmətləri barədə məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb. 

 

 

 

Keçidlər