Ağstafada dinc və müharibə dövrlərində Fövqəladə hallarda davranış qaydaları mövzusunda maarifləndirici tədbir keçirilmişdir
03 iyul 2025 | 16:28
Ağstafa Rayon İcra Hakimiyyətinin 2025-ci il üçün Mülki Müdafiə Tədbirləri Planına əsasən "Dinc və müharibə dövrlərində Fövqəladə hallarda davranış qaydaları" mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Ağstafa Rayon Mülki müdafiə qərərgahının rəisi Vüqar Həsənov FHN Gəncə regional mərkəzin Mülki müdafiəyə hazırlıq şöbəsinin rəisi palkovnik leytenant Bəhayi Nəsirov və həmin şöbənin baş Zabiti mayor Rəşad Abdullayev iştirak edib. Fövqəladə hallar, o cümlədən yanğın zamanı zəruri davranış qaydaları təxliyə tədbirləri barədə ətraflı məlumat verilib






