Ağstafada “Dini radikalizm, fanatizm, ekstremizmin mahiyyəti və təhlükəsi”, “Dövlət və din” mövzusunda maarifləndirici tədbirlərin təşkili davam etdirilir
Ağstafa rayonunda dini qurumlarla işin təkmilləşdirilməsi barədə Ağstafa Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq növbəti tədbir Göycəli kənd tam orta məktəb binasının akt zalında keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tdbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı İsa Məmmədov, rayon Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbə müdiri Rasim Tağıyev, Ağstafa Təhsil Sektorunun baş məsləhətçisi Əli Əliyev, Göycəli kənd tam orta məktəbinin müəllimi İlahə Cəfərova mövzuya dair məruzələrlə çıxış ediblər. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə mütərəqqi dini dəyərlərin daha da möhkəmləndirilməsi ilə yanaşı, insanların dini etiqad azadlığının ən yüksək səviyyədə təminatı üçün bütün zəruri tədbirlər icra olunur. Dövlətin bu sahəyə diqqət və qayğısı Azərbaycandakı bütün mövcud milli-etnik qrupları, dini-mənəvi təşkilatları əhatə edir.
Tədbir iştirakçılarına dini ekstremizm və radikalizmə qarşı həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.