Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada dövlət qulluqçuları üçün etik davranış mövzusunda maarifləndririci təlim keçirilmişdir

15 dekabr 2023 | 12:32

Azərbaycan Respublikası Prezidentinin 23.11.2018-ci il tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın Fəaliyyət Planı”nın 8.10.1-ci yarımbəndinin icrası ilə bağlı təlim keçirilmişdir.

Ağstafa Rayon İcra Hakimiyyətinin akt zalında təşkil olunmuş təlimdə rayon İcra hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlqar Hacıyev, aparatın məsul əməkdaşları, aidiyyəti qurumların rəhbərləri və icra nümayəndələri iştirak edib.

Rayon İcra hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlqar Hacıyev çıxış edərək “Dövlət Qulluqçularının etik davranışı” qaydaları haqqında Azərbaycan Respublikası Qanunun əsas məqsədlərindən, dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılmasından, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına ehtimadının yüksəldilməsindən, dövlət orqanları və dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasından, eyni zamanda hər bir dövlət qulluqçusunun öz fəaliyyətində qanunun aliliyini, insan hüquqlarını və yüksək etik davranış qaydalarını rəhbər tutmalı olduğunu, eləcədə etik davranış qaydalarına və prinsiplərinə hər bir dövlət qulluqçusunun əməl etməsini vurğulamışdır.

Qeyd edilib ki, RİH başçısının aparatında, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində il ərzində nəzarət qaydasında dövlət qulluqçularının xidməti davranışlarının müəyyən olunan etik davranış qaydalarına uyğunluğu təhlil edilir, dövlət qulluqçularının hüquqa və hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkətlərə yol verməmələri və qərarlar qəbul etməmələri, etik davranış qaydalarının pozulmasının qarşısının alınması üzrə qabaqlayıcı tədbirlər görülür.

Tədbirin sonunda etik davranış qaydaları barədə maraq doğuran məsələlərlə bağlı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb. Həmçinin “Dövlət qulluğunda etik davranış qaydaları və korrupsiya ilə mübarizə” mövzuları ilə bağlı da təlim iştirakçılarına məlumat verilib və onların sualları cavablandırılıb.

Keçidlər