Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada dövlət qulluqçuları üçün təlim keçirilmişdir

13 sentyabr 2023 | 19:09

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlər üzrə Qazax-Tovuz iqtisadi rayonu üzrə ilk təlim Dövlət İmtahan Mərkəzinin (DİM) təşkilatçılığı və Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 11-12 sentyabr tarixlərində Ağstafa rayonunda keçirilmişdir.

Ağstafa Rayon Mədəniyyət Mərkəzində dövlət qulluqçuları və icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə təşkil olunmuş təlimdə “Dövlətin əsasları” və “Dövlət qulluğuna dair qanunverciliyin tətbiqi”, “Rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarəedilməsi və liderlik” və “Dövlət qulluğunda etik davranış qaydaları və korrupsiya ilə mübarizə” mövzuları çərçivəsində iştirakçılarına məlumat verilib, müzakirələr aparılıb və onların sualları cavablandırılıb.

Keçidlər