Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair 2023-cü il üzrə hesabatı müzakirə edilib

16 yanvar 2024 | 11:29

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov 2024-cü ilin 16 yanvar tarixində RİH başçısı aparatının inzibati binasında inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə, həmçinin rayonda fəaliyyət göstərən idarə və təşkilatlarda inzibati vəzifə daşıyan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatın müzakirəsini keçirmişdir.

İclas Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 3696 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2023−2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı”nın 2.3-cü yarımbəndinin icrası ilə əlaqədar təşkil olunmuşdur.

Rayon İcra Hakimiyyətinin başçısı dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin məqsədi, qiymətləndirilməyə hazırlıq, həyata keçirilməsi, qiymətləndirilmənin nəticəsinə əsasən tətbiq edilən tədbirlər barədə məlumat verdi. Müzakirənin yekununda təlimlərə tələbatları müəyyən edilən dövlət qulluqçularının cari ildə əlavə təhsilə və təlimlərə cəlb edilməsi, həmçinin yüksək nəticə göstərən dövlət qulluqçularının mükafatlandırılması qərara alındı.

Diskussiya şəklində keçən müzakirələrin sonunda RİH başçısı Seymur Orucov dövlət qulluqçularına müvafiq tapşırıq və tövsiyələrini verdi, gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Keçidlər