Ağstafada əhalinin müxtəlif təbəqələri, o cümlədən işləyən əhali üçün fiziki aktivliyə dair maarifləndirmə tədbirləri davam etdirilir
Azərbaycan Respublikası Prezidentinin 22.07.2022-ci il tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 3.3.7.3-cü yarımbəndinin icrası ilə bağlı Ağstafa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, “Ağstafa Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin və Qazax-Tovuz Regional Gəclər və İdman İdarəsinin Ağstafa rayonu üzrə Gəclər və İdman Sektorunun dəstəyi ilə əhalinin müxtəlif təbəqələri, o cümlədən işləyən əhali üçün fiziki aktivliyə dair növbəti maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə əhalinin müxtəlif təbəqələri, o cümlədən işləyən əhali üçün fiziki aktivliyə dair ətraflı məlumatlar verilmiş, fiziki aktivliyin və sağlam həyat tərzinin təbliği, eləcə də oturaq həyatın zərərləri, davranış risk amilləri barədə tədbir iştirakçıları məlumatlandırılmışdır.






