Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada ərazi Mülki Müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış məşqi keçirilib

22 noyabr 2023 | 10:15

Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş 2023-cü il üçün “Mülki müdafiə tədbirlər planı”na uyğun olaraq rayonda ərazi Mülki Müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış məşqi keçirilib. Ağstafa şəhər Mərkəzi stadionunun qarşısında keçirilən tədbirdə RİH başçısı Seymur Orucov, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin məsul şəxsləri, eləcə də müvafiq idarə, müəssisə və təşkilatlarda yaradılmış ərazi mülki müdafiə qüvvələri, kommunal xidmət strukturları, ərazi xilasetmə və kəşfiyyat dəstələrinin şəxsi heyəti iştirak ediblər. Toplanışda şəxsi heyətə və cəlb olunmuş texnikalara baxış keçirilib, mülki müdafiə xidmətlərinin rəislərinə təşkilati məsələlərlə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib. Fövqəladə hallardan mühafizə və mülki müdafiə sahəsində normativ sənədlərin tələblərinə ciddi əməl olunmasının vacibliyi diqqətə çatdırılaraq qeyd olunub ki, toplanışın əsas məqsədi rabitə və xəbərdarlıq sisteminin vəziyyəti, fövqəladə hadisələr zamanı mülki müdafiə qüvvələrinin xəbərdarlığı və toplanışı üzrə hazırlığının yoxlanılmasıdır.

Məşq toplanışında qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün normativ qaydalar çərçivəsində bütün zəruri tədbirlər icra olunub, yekun nəticə yüksək qiymətləndirilərək uğurla tamamlanıb.

Keçidlər