Ağstafada “Erkən nikaha yox deyək” mövzusunda növbəti tədbir Həsənsu kəndində keçirilib
Ağstafa Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın “Erkən nikaha yox deyək” mövzusunda Həsənsu kənd tam orta məktəbində tədbir keçirilib. Tədbiri Ağstafa rayon İcra Hakimiyyəti başçısının müavini-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyan sədri Lalə Eyyubova açıb.
O, erkən nigah və qohum nigahalarının yaratdığı fəsadlar haqqında danışıb, erkən və qeyri-rəsmi nikahların törətdiyi hüquqi problemlər və tibbi fəsadlar barədə məktəblilər, valideynlər və tələbələr arasında maarifləndirilmə işinin daima aparılacağını bildirib.
Çıxış edən Ağstafa Rayon Prokrorluğunun böyük müstəntiqi Abdulla Məmmədov erkən nigahın qanun pozuntusu olduğunu və qanun pozuntusuna yol vermiş hər bir şəxsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunduğunu qeyd edib.
Ağstafa Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin baş həkimi Həcər Namazova çıxış edərək, erkən nigahın gələcəkdə körpənin doğumu zamanı körpə və ananın sağlamlığında yarana biləcək problemlərdən danışıb.
Tədbirdə ardıcıl olaraq Rayon Ağsaqqalar şurasının sədri Hüseyn Hüseynov,komissiya üzvləri, rayonun fəal gəncləri və şagirdlər öz fikirlərinin bildiriblər.
Tədbirin sonunda mövzuya uyğun olaraq “Erkən nigaha yox deyək” adlı video çarx nümayiş olunub.