Ağstafada “Erkən nikaha yox deyək” mövzusunda növbəti tədbir Kolxəlfəli kəndində keçirilib
Ağstafa Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın “Erkən nikaha yox deyək” mövzusunda Kolxəlfəli kənd tam orta məktəbində tədbir keçirilib. Tədbiri Ağstafa rayon İcra Hakimiyyəti başçısının müavini-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyan sədri Lalə Eyyubova açıb. O, erkən nigah və qohum nigahalarının yaratdığı fəsadlar haqqında danışıb, erkən və qeyri-rəsmi nikahların törətdiyi hüquqi problemlər və tibbi fəsadlar barədə məktəblilər və valideynlər arasında maarifləndirilmə işinin daima aparılacağını bildirib. Tədbirdə ardıcıl olaraq komissiya üzvləri, məktəb psixoloqları və şagirdlər öz fikirlərinin bildiriblər. Tədbirin sonunda “Erkən nikaha yox deyək” mövzusunda videoçarx təqdim olunub.