Ağstafada “Erkən nikaha yox deyək” mövzusunda növbəti tədbir Muğanlı kəndində keçirilib
Ağstafa Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın “Erkən nikaha yox deyək” mövzusunda Muğanlı kənd tam orta məktəbində tədbir keçirilib. Tədbiri Ağstafa rayon İcra Hakimiyyəti başçısının müavini-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyan sədri Lalə Eyyubova açıb.
O, erkən nigah və qohum nigahalarının yaratdığı fəsadlar haqqında danışıb, erkən və qeyri-rəsmi nikahların törətdiyi hüquqi problemlər və tibbi fəsadlar barədə məktəblilər, valideynlər və tələbələr arasında maarifləndirilmə işinin daima aparılacağını bildirib.
Çıxış edən Ağstafa Rayon Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev erkən nigahın qanun pozuntusu olduğunu və qanun pozuntusuna yol vermiş hər bir şəxsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunduğunu qeyd edib.
Tədbirdə ardıcıl olaraq komissiya üzvləri, rayonun fəal gəncləri və şagirdlər öz fikirlərinin bildiriblər.