Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada futbol üzrə ustad dərsləri keçirilib

22 oktyabr 2025 | 12:43

"Konstitusiya və Suverenlik İli"nə dair Ağstafa Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Ağstafa rayonunun H. Əzizov adına Vurğun qəsəbə tam orta məktəbində və A. Mustafayev adına Həsənsu kənd tam orta məktəbində futbol üzrə ustad dərsləri keçirilib. Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçisi Elgün İsmayılov, Ağstafa rayonu üzrə gənclər və idman sektorunun müdiri Turan Hüseynov və Ağstafa rayonu üzrə Təhsil sektorunun nəzdində fəaliyyət göstərən Ağstafa UGİŞM-nin direktoru Elşən Yüsifov çıxış ediblər. Onlar ustad dərslərinin əhəmiyyətindən bəhs edərək yeniyetmə və gənclər arasında idmana marağın artırılmasının, rayonda idmanın kütləviliyinə nail olunmasının, idmançıların təcrübələrinin artırılmasına şərait yaradılmasının və perspektivli idmançıların aşkar edilməsinin vacibliyini vurğulayıblar. Həmçinin futbolun təbliği və inkişafı istiqamətində bu cür tədbirlərin xüsusi rol oynadığı qeyd olunub. Daha sonra futbol üzrə I kateqoriyalı məşqçi Mahir Mustafayevin və idman ustası Namiq Kərimovun rəhbərliyi ilə ustad dərsləri izlənilib.

Keçidlər