Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada “Gender əsaslı zorakılıq və uşaq zorakılığına qarşı” adlı təlim keçirilib

13 dekabr 2022 | 18:15

“Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar olaraq Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı yanında Gender və uşaq zorakılığına qarşı monitorinq qrupu Ağstafa rayon Heydər Əliyev Mərkəzində 10 dekabr və 13 dekabr 2022-ci il tarixində “Gender əsaslı zorakılıq və uşaq zorakılığına qarşı” adlı təlim keçirib. Təlimdə Ağstafa rayon ümumtəhsil məktəblərinin psixoloqları, təlim tərbiyə üzrə direktor müavinləri və Uşaq Birliyi Təşkilatının Rəhbərləri iştirak ediblər.

Tədbir iştirkaçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediliblər.

Komissiyanın sədri Lalə Eyyubova çıxış edərək təlimin gender inklüzivliyinin və həssaslığın tədris və təlim təcrübələrinə inteqrasiyasını təşviq etdiyini, müəllimlər təkcə şagirdlərin bacarıqlarının inkişafına deyil, həm də şəxsi səlahiyyətləndirilməsinə, gələcək karyeralarına töhfə verən genderə həssas öyrənmə mühitinin yaradılmasında mühüm rol oynadığını bildirib.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa sektorunun müdiri Mədəd Zeynalov layihənin təlim komponenti müəllimləri gender mövzusunda məlumatlandırmaq məqsədi daşıdığını, onlara sinifdə, ümumi məktəb icmasında qız və oğlanların bərabər münasibət və iştirakçı üçün əlverişli olan tədris metodlarından istifadə etməyə kömək edəcəyini qeyd edib.

            Təlimçilər Qurbanov Azər Musa oğlu və İsgəndərova Elnarə Mayis qızı müəllimlərin genderə həssas pedaqogika üzrə bilik, bacarıq və yanaşmalara yiyələnməsini təmin edərək, onların həm qızların, həm də oğlanların tədris və təlim proseslərində bərabər iştirakını təmin edən genderə həssas metodologiyaların işlənib hazırlanması və istifadəsinə dair anlayışlarını artırıb.

Təlim iştirakçıları maraqlandıran məsələlər ətrafında disskusiya formasında davam etdirilib.

Keçidlər