Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Ağstafada “Heydər Əliyev – Əsrin lideri” adlı Nə?, Harada?, Nə zaman? intellektual yarış keçirilib.

29 yanvar 2023 | 16:36

28-29 yanvar 2023-cü  il tarixlərində Ağstafa Rayon İcra Hakimiyyəti,  Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Tovuz-Qazax Regional Təhsil İdarəsinin Ağstafa sektoru, “Ağstafa Gənclər Evi” Sosial Xidmət Müəssəsi və “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun birgə təşkilatçılığı ilə Ağstafa rayon ümumtəhsil müəssələrinin gənc  tarix müəllimləri arasında “Heydər Əliyev – Əsrin lideri”  Nə?, Harada?, Nə zaman? adlı intellektual yarış  keçirilib.

Ağstafa şəhər 3 nömrəli tam orta məktəbin akt zalında 15 komandanın iştirakı ilə keçirilən intellektual oyunun final mərhələsində RİH başçısı Seymur Orucov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sektor müdiri Mahir Qəhrəmanov, BDU-nun Qazax filialının professoru, sənətşünaslıq üzrə elmlər doktoru İmaş Hacıyev və rayonun məsul şəxsləri iştirak ediblər.  

Tədbir iştirakçıları əvvəlcə məktəb binasının foyesində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində aşkarlanmış maddi-mədəniyyət nümunələrindən və qoruğa məxsus çap məhsullarından  ibarət  sərgi ilə tanış olublar.

        Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra final oyunu açıq elan edilib və komandalara uğurlar arzu olunub.

Üç mərhələdən ibarət intellektual yarışda Ümummilli Liderin həyat  və fəaliyyətini, irsini, o cümlədən bölgəmizin tarixi abidələrini əhatə edən  suallar çətinlik dərəcəsinə görə qruplaşdırılmışdır.

Münsiflər heyətinin yekun rəyinə əsasən Dağ Kəsəmən kənd 1 nömrəli tam orta məktəbi təmsil edən “Cəbrayıl” komandası 1-ci, Qaçaq Kərəm kənd tam orta məktəbi təmsil edən “Göyəzən” komandası  2-ci və Ağstafa şəhəri Texniki və humanitar təmayüllü liseyi təmsil edən “Xarı Bülbül” komandası 3-cü yerə layiq görülmüşlər.

 

 

Keçidlər