Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada “Heydər Əliyev İli” çəçrivəsində “Qəlbimizdə yerin var” adlı musiqi müsabiqəsinə start verilib.

30 mart 2023 | 12:26

2023-cü il “Heydər Əliyev İli” ilə bağlı Ağstafa RİH-in Tədbirlər Planına uyğun olaraq uşaqlar arasında “Qəlbimizdə yerin var” adlı musiqi müsabiqəsinə start verilib.

Ağstafa şəhəri, Hüseyn Arif adına uşaq musiqi məktəbində təşkil olunan və 2 turdan ibarət müsabiqədə uşaqlar violin, vokal, fortepiano, qarmon, xanəndəlik, kamança, nağara nominasiya və proqramları üzrə istedadlarını nümayiş etdirirlər.

Çıxışlar münsiflər heyəti tərəfindən 5 bal sistemi ilə qiymətləndirilir, yerlər və mükafatlar münsiflərin qərarı ilə müəyyən ediləcəkdir.

Keçidlər