Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada “Heydər Əliyev İli” çərçivəsində "Əsrin Lideri" mövzusunda şagirdlər arasında bilik yarışması keçirilib

06 aprel 2023 | 18:30

Ağstafada “Heydər Əliyev İli” çərçivəsində "Əsrin Lideri" mövzusunda rayonun ümumtəhsil məktəblərinin komandaları arasında bilik yarışması keçirilib

Ağstafa rayon Heydər Əliyev Mərkəzində təşkil olunan  tədbirdə Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının, rayon Təhsil Sektorunun, Mərkəzin əməkdaşları iştirak ediblər. Qeyd olunub ki, bilik yarışının keçirilməsində məqsəd, şagirdlərin ümummilli lider Heydər Əliyevin irsi, həyat və fəaliyyəti, Azərbaycanın milli-mənəvi dəyərləri və tarixi haqqında biliklərini nümayiş etdirmələrinə şərait yaratmaq və yeniyetmələrin intellektual səviyyələrinin yüksəldilməsi, eləcə də onların bu cür yarışlarda vərdişlərinin formalaşdırılmasından ibarətdir.

İlk turda 5 komanda fəallıq göstərərək növbəti tura vəsiqə qazanıb.

Həlledici turda isə Ağstafa rayon 1 nömrəli tam orta məktəbin " Zəfər" komandası 1-ci, Həsənsu kənd tam orta məktəbin "Zirvə" komandası 2-ci, Vurğun qəsəbə tam orta məktəbin "Lider" komandası 3-cü yerlərə layiq görülüblər.

Qalib komandalar müvafiq Fəxri Fərman və hədiyyələrlə mükafatlandırılıblar.

 

Keçidlər