Ağstafada “Heydər Əliyev – Müasir Azərbaycanın Baş Memarı” mövzusunda şagirdlər üçün dərslər təşkil olunur
2026-cı il ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Ağstafa Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Ağstafa rayon Heydər Əliyev Mərkəzində rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün “Heydər Əliyev – Müasir Azərbaycanın Baş Memarı” mövzusunda dərs təşkil edilib.
Şagirdlər əvvəlcə mərkəzlə tanış olub, muzeydə sərgilənən eksponatlar haqqında ətraflı məlumatlar əldə ediblər. Məktəbin tarix müəllimi Fatma Ayralova şagirdlərə mövzuya dair geniş mühazirə səsləndirərək qeyd edib ki, bu gün respublikamızda hər bir quruculuq işində, şəhərsalmanın digər təzahürlərində biz ulu öndər Heydər Əliyevin fəaliyyəti sayəsində formalaşmış tarixi ənənənin davamını, bu sahədəki varisliyin bariz nümunəsini görürük. Bu gün Azərbaycanın memarlığı və şəhərsalmasında yeni mərhələ başlamışdır və bu, Ulu öndər Heydər Əliyev irsinə sadiqlik nümunəsidir.
Daha sonra Ümumilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edilən sənədli filmi nümayiş etdirilib.
Dərslər “Şəhərsalma və Memarlıq İli”nin sonunadək öncədən tərtib olunmuş qrafikə uyğun olaraq davam etdiriləcək.






