Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda tədbir keçirilib

22 iyun 2023 | 16:38

 

Ölkəmizdə “2023-cü il Heydər Əliyev İli” ilə bağlı Ağstafa RİH-in Tədbirlər Planına uyğun olaraq “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda tədbir keçirilib. Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə Ağstafa RİH-in, rayon Gənclər və İdman İdarəsinin məsul şəxsləri, rayon ərazisində yerləşən “N” saylı hərbi hissələrdən nümayəndələr, RİH yanında İctimai Şuranın üzvləri, Vətən müharibəsi qaziləri, rayonun fəal gənc könüllüləri iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan Ağstafa RİH başçısı aparatının Hüquq şöbəsinin müdiri Qaib Hadıyev bildirib ki, Ulu Öndər Heydər Əliyev ölkəmizin bütün sahələrinin yüksəlişi naminə, o cümlədən hərbi və ordu quruculuğu sahəsində həyata keçirdiyi mühüm tədbirlər, milli şüurun formalaşması istiqamətindəki misilsiz xidmətləri olmasaydı, biz bu gün Azərbaycanın müstəqil və suveren ölkə kimi mövcudluğundan danışa bilməzdik. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  Azərbaycan Ordusu bu gün dövlətimizin qüdrətinin nümunəsidir, ölkəmizin ərazi bütövlüyünü təmin edən xalqımızın iftixar yeridir.

Digər natiqlər, rayon Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Vətən müharibəsi qazisi Natiq İbrahimov, Ağstafa RİH başçısı yanında İctimai Şuranın sədr müavini Teymur Əliyev, Daxil Qoşunların Ağstafa rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsinin baş leytenantı Ehtiram Maqsudzadə, Silahlı Qüvvələrin “N” saylı hərbi hissələrinin nümayəndələri, mayor Sənan Abdullayev, kapitan Şahmar Piriyev mövzuya dair geniş məruzələrlə çıxış ediblər. Qeyd olunub ki, ölkəmizdə güclü və yüksək döyüş hazırlığına malik ordu yaradılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun Vətən müharibəsindəki şanlı Zəfəri, Azərbaycan Silahlı Qüvvələrinin Cənubi Qafqazın ən qüdrətli ordusu olduğunu bir daha göstərdi.

Çıxışlardan sonra "Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu" mövzusunda sənədli film nümayiş etdirilib.

 

 

Keçidlər