Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada “Heydər Əliyevin dövlətçilik ideyaları və müstəqil Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib

12 avqust 2023 | 11:18
Ölkəmizdə “2023-cü il Heydər Əliyev İli” çərçivəsində 12 avqust Beynəlxalq Gənclər Günü münasibəti ilə “Heydər Əliyevin dövlətçilik ideyaları və müstəqil Azərbaycan gəncliyi” adlı tədbir keçirilib. Ağstafa şəhəri, Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil olunan tədbirdən öncə ağstafalı gənclər Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər. Tədbirdə məsul şəxslər, şəhid ailələrinin üzvləri, fəal gənclər, ictimaiyyət nümayəndələri iştirak ediblər. İştirakçılar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Çıxış edən gənclər bildiriblər ki, ölkəmizdə uğurlu gənclər siyasətinin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ümummilli Lider hər zaman gənclərə xüsusi qayğı ilə yanaşmış, gənclərin problemləri hər an Onun diqqət mərkəzində olmuş, yüksək intellektual səviyyəyə, müasir dünyagörüşünə malik gənc nəslin yetişməsinə olduqca böyük əhəmiyyət vermişdir. Bu siyasət Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Bu gün dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunan Azərbaycan gəncləri  Prezident İlham Əliyevin ətrafında sıx birləşmişdirlər. Kiçik yaşlı idmançıların nümunəvi çıxışları və istedadlı gənclərin təqdimatında geniş konsert proqramı böyük marağla qarşılanıb.  

 

 

 

Keçidlər