Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev İrsi” mövzusunda dəyirmi masa keçirilib

17 noyabr 2023 | 16:38

Ağstafa rayon Heydər Əliyev Mərkəzinin böyük konfrans zalında Konstitusiya Gününə həsr olunmuş tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların məsul şəxsləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə Tovuz-Qazax Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev açaraq bildirib ki, əsrlər boyu böyük mərhələlərdən keçib tarixi müstəqilliyinə qovuşan xalq qarşısında ötən əsrin 90-cı illərində dövlət təsisatların yaradılması, hüquqi və demokratik dövlət quruculuğu bütün zərurəti ilə gündəlikdə dururdu. Bunu isə xalqın iradəsini ifadə edən Konstitusiya olmadan etmək mümkün deyildi. Məhz bu amili nəzərə alan ümummilli lider Heydər Əliyevin müəllifliyi ilə 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə müstəqil Azərbaycanın ilk konstitusiyası qəbul edildi. Həmin gündən etibarən ölkəmizdə “12 noyabr Konstitusiya Günü” kimi qeyd olunur.

Daha sonra Rayon Polis Şöbəsinin polis baş leytenantı Nurlan Niyazlı, Rayon Məhkəməsinin böyük məsləhətçisi Rafiq Ələsgərov, Tovuz-Qazax Regional Təhsil İdarəsinin Ağstafa sektorunun aparıcı məsləhətçisi Əli Əliyev mövzuya dair geniş məruzələrlə çıxış ediblər. Qeyd olunub ki, ölkəmizdə qanunun aliliyinin təmin edilməsi, demokratik, hüquqi dövlət quruculuğunun formalaşdırılması istiqamətində sosial-iqtisadi, hüquqi və digər sahələrdə əsaslı islahatlar aparılaraq qanunvericilik bazası təkmilləşdirilmiş və cəmiyyətin hərtərəfli inkişafı üçün zəruri şərait yaradılmışdır.

Keçidlər