Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada "İnsan alverinin və məcburi əməyin potensial qurbanlarının məşğulluğu: Sahibkarların rolu və həvəsləndirilməsi mexanizmləri" mövzusunda tədbir keçirilib

31 iyul 2026 | 14:47

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 iyul tarixli 2173 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.2.5-ci yarımbəndinin (İnsan alverinin və məcburi əməyin potensial qurbanlarının məşğulluğunun təmin edilməsi, insan alverindən zərər çəkmiş şəxslərin işə götürülməsi üçün sahibkarların həvəsləndirilməsi) icrası ilə bağlı tədbir keçirilmişdir.

Ağstafa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Ağstafa Rayon Polis Şöbəsinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq Filailının dəstəyi ilə keçirilmiş tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin, Ağstafa Rayon Polis Şöbəsinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq Filailının Ağstafa Xidmət Şöbəsinin məsul əməkdaşları, Azərbaycan Respulblikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Ağstafa rayonu üzrə Kiçik və Orta Biznesin dostu – KOB Dostunun nümayəndəsi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Ağstafa Şurasının sədri və sahibkarlar (işəgötürənlər) iştirak etmişdir.

Tədbirdə mövzunun əhəmiyyəti qeyd edilərək, bu sahədə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib, tədbir iştirakçılarına “İnsan alveri və ondan necə müdafiə olunmalı?” adlı bukletlər paylanılmış və video çaxr nümayiş etdirilmişdir.

Keçidlər