Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada “İnsan Hüquqları Aylığı" çərçivəsində “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yaşıl dünya naminə həmrəylik ili” mövzuları, insan hüquqlarının müdafiəsinə dair dəyirmi masa keçirilib

06 iyun 2024 | 14:50
Dəyirmi masa Ağstafa Rayon İcra Hakimiyyəti və Ombudsmanın Qərb Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Ağstafa rayon Heydər Əliyev Mərkəzinin konfrans zalında təşkil olunub. Tədbirdə Ağstafa RİH başçısı aparatının Hüquq şöbəsinin müdiri Qaib Hadıyev, Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov çıxış edərək diqqətə çatdırıblar ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də ilk "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiqi və insan hüquqlarının təminin dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyi nəzərə alınaraq Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə 18 iyun tarixi ölkəmizdə İnsan Hüquqları Günü kimi təsis olunmuşdur. Ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Dayanıqlı İnkişaf Məqsədləri, qüvvədə olan qanunvericilik aktları, dövlət proqramları, strategiyalar, milli fəaliyyət planları, konsepsiyalar, habelə bu kimi digər sənədlər, eyni zamanda, cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, insan hüquqlarının müdafiəsi sahəsində əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələr barədə tədbir iştirakçılarına geniş məlumatlar verilib. Azərbaycanda 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) təşkilinin yüksək əhəmiyyətindən geniş bəhs olunub. Çıxış edən digər natiqlər – Vətən Müharibəsi Qəhrəmanı Azər Yusflinin atası Nazim Yusifov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin işğal edilmiş rayonlarımızın gələcək taleyi ilə bağlı vaxtilə dediyi müdrik fikirlər artıq bu gün reallığa çevrilib. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı və dövləti hüququnu özü bərpa etdi. Həyata keçirilən bütün islahatlar xalqımızın maddi rifahının yaxşılaşdırılmasına xidmət etməklə yanaşı hər bir vətəndaşın hüququnun yüksək səviyyədə müdafiəsinə zəmin yaradır. “Ağstafa” qəzetinin baş redaktoru İbrahim Əliyev bildirib ki, dövlət və vətəndaş həmrəyliyinin mövcud olduğu Azərbaycanda insan hüquqularının qorunması məsələsində hamımızın üzərimizə məsuliyyət düşür. Pozulmuş hüquqların bərpası uğrunda aparılan mübarizədə hər bir vətəndaş dövlətimizə dəstəyini əsirgəməməlidir. #Insan HüquqlarıAylığı və #HumanRights Month
Keçidlər