Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada "İnsan hüquqları və ayrıseçkilik" mövzusunda növbəti maarifləndirici tədbir keçirilib

26 sentyabr 2025 | 10:56

Tədbir 2025-ci il ölkəmizdə "Konstitusiya və Suverenlik İli" ilə əlaqədar Ağstafa Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Ağstafa şəhər 3 nömrəli tam orta məktəbin akt zalında Ağstafa rayonu üzrə Təhsil, Gənclər və İdman sektorlarının, Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı keçirilib.

Əvvəlcə 27 sentyabr – Anım Gününün beşinci ildönümü ilə əlaqədar Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə  Ağstafa RİH başçısı aparatının məsul əməkdaşı Cəlal Nəsibov, Ağstafa rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Turan Hüseynov, Ağstafa şəhər 3 nömrəli tam orta məktəbin direktoru Mübariz Tanrıverdiyev, direktor müavini Şəfəq Heydərli, GİKM- nin Kordinatoru Lalə Quliyeva mövzu ətrafında çıxışlar edərək dövlətin ali məqsədi olan insan hüquq və azadlıqlarının təmin edilməsindən bəhs ediblər. Diqqətə çatdırılıb ki, dövlətimiz hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verir.

Keçidlər