Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada işəgötürənlərin iştirakı ilə əmək yarmarkası keçirilib

03 mart 2023 | 18:12

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialı tərəfindən Ağstafa rayon Heydər Əliyev Mərkəzində əmək yarmarkası təşkil olunub.
Yarmarkaya 10 müəssisə tərəfindən ümumilikdə 115 boş iş yeri təqdim edilib. Vakansiyalar üzrə müraciət edən işsiz və işaxtaran şəxslərdən CV-lər qəbul edilərək nəzərdən keçirilib. Onların həmin vakansiyalar üzrə məşğulluqlarının təmin edilməsi üçün işlərə başlanıb.

Yarmarkada vətəndaşlara Agentliyin aktiv məşğulluq tədbirləri barədə də məlumat verilib, müraciət edən şəxslərin qeydiyyatı aparılıb.

Yarmarkanın keçirilməsində əsas məqsəd işsiz və işaxtaranların əmək bazarına çıxışının dəstəklənməsi, gənclər üçün uyğun təcrübə imkanlarının yaradılmasının təmin edilməsidir.

Keçidlər