Ağstafada keçirilən Gənclər Festivalı böyük coşğu ilə qarşılanıb
Rayon İcra Hakimiyyətinin dəstəyi və Ağstafa “Gənclər Evi” nin təşkilatçılığı ilə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Gənclər Festivalı təşkil olunub.
Əvvəlcə ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Seymur Orucov, RİH başçısı aparatının, hüquq-mühafizə orqanlarının məsul şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri, ağstafalı yeniyetmə və gənclər iştirak ediblər.
Festivalın səhnəsində Bakı şəhərindən təşrif buyurmuş gənclərin sevimli müğənnisi Əhməd Mustafayev, eləcə də yerli rəqs qrupu və musiqiçilərin ifası izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb.
Festivalın intellektual bölməsində verilən sualları düzgün cavablandıran tamaşaçılar müxtəlif həidyyələrlə təltif olunublar.