Ağstafada KOBİA-nın təşkilatçılığı ilə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə görüş keçirilib.
Ağstafa rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında təşkil olunmuş görüşdə 40-a yaxın sahibkarlıq subyekti və dövlət qurumlarının nümayəndələri iştirak edib. Ağstafa Rayon İcra Hakimiyyətinin, Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinin, Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə və Qazax regional bölmələrinin, KOB dostu departamentinin Gəncə-Qazax regional koordinatorluğunun, Qida Təhlükəsizliyi Agentliyinin Tovuz Regional bölməsinin, Ağstafa rayon Heyvan Sağlamlığı Baytarlıq Xidmətləri İdarəsinin, Aqrar Sığorta Fondunun, Ağstafa Suvarma Sistemləri İdarəsinin, “Turan Bank” ASC-nin Ağstafa filialının və “Access Bank” QSC-nin Qazax filialının nümayəndələrinin və digər şəxslərin iştirakı ilə keçirilmiş tədbirin məqsədi sahibkarları dövlətin dəstək mexanizmləri, KOBİA, KOB Dostu və sahibkarlara dəstək göstərən digər qurumların fəaliyyəti və göstərdikləri xidmətlər barədə məlumatlandırmaq, onlar arasında əməkdaşlığı təşviq etməkdir.
Görüş zamanı sahibkarları maraqlandıran suallar cavblandırılıb. Əkin sahələrinə dair subsidiyaların alınmasında yaranmış çətinliklər, EKTİS-də yaranmış inteqrasiya məsələləri, suvarma sahəsində suyun gecikmə ilə verilməsi və su həcminin az olması, həm əkinçilik, həm də heyvandarlıq sahəsində sığortanın lazımı səviyyədə həyata keçirilməməsi ilə bağlı müzakirələr aparılmış və həlli istiqamətində fikirlər bildirilmişdir.