Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Azərbaycanın suverenliyi və ərazi bütövlüyü” adlı intellektual bilik yarışının qalibləri mükafatlandırılıb

05 may 2025 | 16:54
Ağstafada “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Azərbaycanın suverenliyi və ərazi bütövlüyü” adlı intellektual bilik yarışının qalibləri mükafatlandırılıb
RİH başçısı aparatının inzibati binasında təşkil olunan tədbirdə Seymur Orucov qalib komandaların üzvlərini qəbul edərək onları Ağstafa Rayon İcra Hakimiyyətinin Fəxri Fərman və hədiyyələri ilə təltif edib.
İntellektual bilik yarışının yekun nəticələrinə əsasən Ağstafa şəhər 1 nömrəli tam orta məktəbin “Zəfər” komandası 1-ci, Dağ Kəsəmən kənd 1 nömrəli tam orta məktəbin “Avey” komandası 2-ci və Muğanlı kənd tam orta məktəbin “Tağlar” komandası 3-cü yerə layiq görülüblər.
Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatında təşkil olunan könüllülük təlimlərini uğurla keçən Nəcəfova Zəhra Teyyub qızı da müvafiq Sertifikata layiq görülüb.
Keçidlər