Ağstafada “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş yeniyetmələr arasında cüdo turniri keçirilib
16 may 2025 | 12:37
Ağstafa Rayon İcra Hakimiyyətinin 2025-ci il ölkəmizdə "Konstitusiya və Suverenlik İli" ilə əlaqədar Tədbirlər Planına uyğun olaraq Ağstafa Cüdo təlim mərkəzində təşkil edilən cüdo turniri 2011-2012-ci il təvəllüdlü yeniyetmələr arasında keçirilib.
Turnirin açılış mərasimində Ağstafa RİH başçısı aparatının və Ağstafa rayonu üzrə gənclər və idman sektorunun məsul şəxsləri iştirak ediblər. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirələri dərin ehtiramla yad edilib, Dövlət Himnimiz səsləndirilib.
Yarışda ümumilikdə 40 nəfər idmançı iki yaş qrupu üzrə mübarizə aparıb.
Turnirin qalibləri Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunub.