Ağstafada “Məişət zorakılığına qarşı” mövzusunda növbəti tədbir keçirilib
“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununa və Ağstafa Rayon İcra Hakimiyyəti başçısı yanında Məişət zorakılığının qarşısının alınması barədə Komissiyanın 2023-cü il üçün nəzərdə tutulmuş Tədbirlər Planına uyğun olaraq “Məişət zorakılığına qarşı” mövzusunda növbəti tədbir rayon Mədəniyyət Mərkəzində təşkil olunub.
Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova, rayon Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Ağstafa şəhər 3 nömrəli tam orta məktəbin psixoloqu Elnarə İsgəndərova və Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin psixoloqu Azər Qurbanov ölkəmizdə məişət zorakılığının qarşısının alınması, məişət zorakılığı təhlükəsinin aradan qaldırılması məqsədi ilə həyata keçirilən hüquqi, sosial və qabaqlayıcı tədbirlər haqqında geniş məruzələrlə çıxış ediblər. Qeyd olunub ki, dövlətimizin daxili siyasətində ən mühüm prioritetlərdən biri olan məişət zorakılığı hallarının qarşısının alınması istiqamətində Ağstafa rayonunda maarifləndirmə işinin gücləndirilməsi tədbirlərinin icrası diqqətdə saxlanılır.