Ağstafada “Məişət zorakılığına qarşı” mövzusunda silsilə tədbirlər keçirilir
“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununa və Ağstafa Rayon İcra Hakimiyyəti başçısı yanında Məişət zorakılığının qarşısının alınması barədə Komissiyanın 2023-cü il üçün nəzərdə tutulmuş Tədbirlər Planına uyğun olaraq “Məişət zorakılığına qarşı” mövzusunda növbəti tədbir Ağstafa şəhər 1 saylı tam orta məktəbin akt zalında təşkil olunub.
Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, Zakir Nəsibov, Leyla Zeynalova, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa sektorunun aparıcı-məsləhətçisi Əli Əliyev və məktəbin müəllimləri Elnarə Məmmədova, Vəfa Məhərrəmova çıxış edərək, məişət zorakılığına qarşı mübarizə bütün cəmiyyətlərdə olduqca mürəkkəb bir problem olduğunu, ona görə də, məişət zorakılığı və ya ailədə zorakılıq halları yanlız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəli olduğunu, məişət zorakılığı probleminin həlli hərtərəfli yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini tələb etdiyini, məişət zorakılığı hallarının qarşısının alınması üçün maarifləndirmə işinin gücləndirilməsinin dövlətimizin daxili siyasətində bu gün ən mühüm prioritetlərdən biri olduğunu qeyd ediblər.
Tədbirdə iştirakşıların fikirləri dinlənilib və mövzu ətrafında geniş müzakirələr aparılıb.