Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü münasibəti ilə Ağstafada “Əsgərə məktub” layihəsi çərçivəsində tədbir keçirilib

09 oktyabr 2023 | 19:06

Kütləvi-vətənpərvərlik tədbiri Ağstafa Rayon İcra Hakimiyyəti və Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin  birgə  təşkilatçılığı ilə Ağstafa şəhəri, S.Vurğun adına mədəniyyət və istirahət parkında təşkil olunub. Tədbirdə təşkilatçıların məsul əməkdaşları, şəhid ailələrinin üzvləri, müharibə veteranları, rayon ictimaiyyətinin nümayəndələri, ağstafalı gənc və yeniyetmələr iştirak ediblər.  Çıxış edənlər layihənin əhəmiyyətini vurğulayaraq bildiriblər ki, belə tədbirlərin keçirilməsinin məqsədi ictimaiyyətlə ordumuz arasında əlaqələrin möhkəmləndirilməsi, Vətəni qorumağa hər an hazır olan vətənsevər gənclər yetişdirmək, onlarda milli və hərbi vətənpərvərlik ruhunu gücləndirməkdir. Ağstafalılar Azərbaycan Ordusu sıralarında xidmət edən əsgərlərimizə ürəklərindən keçən ən xoş arzularını ünvanlayıb, xalqımıza qələbə sevincini yaşatdıqlarına görə sonsuz minnətdarlıqlarını çatdırıblar.

 
Keçidlər