Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının iclas qərarına müvafiq olaraq dəyirmi masa keçirilib

30 noyabr 2022 | 12:58

Ağstafada Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının iclas qərarına müvafiq  olaraq təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi, davamlılığının təmin edilməsi, həyata keçirilən tədbirləlin qiymətləndirilməsinin icra vəziyyətinin öyrənilməsi məqsədilə dəyirmi masa  keçirilib.

Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə yerli komissiyanın sədri, Ağstafa RİH başçısının 1-ci müavini Müşfiq Hüseynov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məsul əməkdaşı Vasif Quliyev, eləcə də yerli komissiyanın üzvləri iştirak ediblər.

 Tədbirdə müvafiq dövr ərzində  qarşıya qoyulmuş vəzifələrin icrası ilə əlaqədar görülmüş işlərə dair hesabatlar dinlənilmiş, təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi, davamlığını təmin edilməsi, narkotiklərə meyilli şəxslər barəsində vaxtında qabaqlayıcı profilaktik tədbirlərinin görülməsi və bu sahədə fəaliyyət göstərən qurumların qarşılıqlı əməkdaşlığı ilə koordinasiya işlərinin təşkil edilməsi istiqamətində müzakirələr aparılmış lazımi metodiki tövsiyələr və  köməkliklər göstərilmişdir.

Keçidlər