Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada narkotik tərkibli yabanı bitkilərin zərərli xassələrinin təbliği ilə bağlı maarifləndirici tədbir keçirilmişdir

17 sentyabr 2026 | 17:19

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair    2019–2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.16-cı yarımbəndinin icrası ilə bağlı Ağstafa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Ağstafa Rayon Polis Şöbəsinin dəstəyi ilə maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə rayon əhalisinin kompakt yaşayış yerlərində, ictimaiyyət arasında, məktəblərdə narkotik tərkibli yabanı bitkilərin inkişafını, yetişməsini və vegetasiyasını əks etdirən, həmin bitkilərin morfoloji görkəmini əks etdirən tablo və fotoalbomlar vasitəsilə onların zərərli xassələrinin təbliği ilə bağlı izahat və maarifləndirmə işləri aparılmış, narkotik xassəli bitkilər, onların formaları və vegetasiya müddətləri barədə tədbir iştirakçıları məlumatlandırılmışdır. Sonda iştirakçıların sualları cavablandırılmış, onlara maarifləndirici vasitələr təqdim olunmuşdur.

Keçidlər