Ağstafada növbəti səyyar qəbul rayonun sərhəd yaşayış məntəqələrindən olan Tatlı kəndində keçirilib
Ağstafa RİH başçısı Seymur Orucov Tatlı kəndində keçirdiyi vətəndaşların növbəti səyyar qəbulunda bildirib ki, Prezident İlham Əliyevin müvafiq göstəriş və tövsiyələrinə uyğun olaraq Respublikamızın hər yerində təşkil olunan bu cür görüşlərin başlıca məqsədi vətəndaş məmnunluğunu təmin etmək, əhalini narahat edən məsələləri daha dərindən araşdıraraq mövcud çatışmazlıqların operativ həllinə nail olmaqdan ibarətdir. Həmçinin diqqətə çatdırılıb ki, hər kəs mobil cihazları vasitəsi ilə “Rəqəmsal İcra Hakimiyyəti” (https://rih.gov.az) portalına daxil olmaqla yaşadığı ünvanı tərk etmədən rahat qaydada istənilən məzmunlu müraciətlərini aidiyyəti üzrə göndərə bilər. Tatlı kənd tam orta məktəb binasında keçirilən səyyar qəbulda aidiyyəti idarə, müəəsissə və təşkilatların məsul şəxsləri, eləcə də kənd sakinləri iştirak ediblər.
Səyyar qəbulda sakinlər tərəfindən səsləndirilən məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi, eyni zamanda, yerli icra hakimiyyətlərinin səlahiyyətinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılması istiqamətində məsul şəxslərə nəzarət qaydasında müvafiq göstərişlər verilib.