Ağstafada polis işçilərinin peşə bayramı qeyd olunub
İyulun 2-də Azərbaycan Polisi yaranmasının 104-cü ildönümünü qeyd edir. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub. Ağstafa Rayon İcra Hakimiyyətiin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, polis heyyəti və veteran polislər Ağstafa şəhəri Heydər Əliyev Mərkəzində Ümummilli liderin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov 2 iyul - Azərbaycan Polisi Günü münasibəti ilə polis işçilərini təbrik edib, şərəfli və məsuliyyətli işlərində onlara uğurlar arzulayıb. Sonra Ağstafa rayon polis şöbəsinin bir qrup əməkdaşı xidmətdə fərqləndiklərinə görə rayon icra hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunub.