Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlara yardım məqsədilə növbəti könüllü qanvermə aksiyası keçirilib

27 noyabr 2023 | 17:33

Ağstafa Rayon Mərkəzi Xəstəxanasında Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən irsi qan (talassemiya, hemofiliya) və digər qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımıza yardım məqsədi ilə qanvermə aksiyası təşkil olunub.

Aksiyada idarə, müəssisə və təşkilatların əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Respublikamızın hər yerində mütəmadi olaraq təşkil olunan bu nəcib və humanist xarakterli aksiyada ağstaflılar növbəti dəfə də fəallıq göstəriblər. İştirakçılar tibb briqadasının hematoloqları tərəfindən qan xəstəliklərindən əziyyət çəkən insanların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün zəruri tibbi müayinədən keçirildikdən sonra 100 dən çox donorun qanvermə askiyasında iştirakı təmin olunb.

Toplanan qan və onun komponentləri ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaqdır.

 

 

Keçidlər