Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada şagirdlərlə 8 Noyabr-Zəfər Günü münasibəti ilə vətənpərvərlik mövzusunda görüşlər keçirilir

04 noyabr 2023 | 11:07

Ağstafada 8 Noyabr – Zəfər Gününün qeyd olunması ilə əlaqədar təsdiq olunmuş müvafiq Tədbirlər Planına uyğun olaraq rayonun ümumtəhsil müəssisələrində şagirdlərin vətənpərvərlik ruhunun yüksəldilməsi və onlara dövlətçiliyə sədaqət hisslərinin təlqin edilməsi məqsədilə görüşlər təşkil olunur. Görüşlərdə Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının və rayon Təhsil sektorunun məsul şəxsləri, müharibə veteranları, qazilər və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Görüşlərdən əvvəl Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunur. 

Müharibə iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun düşmən üzərində qazandığı şanlı Zəfərimizdən, ölkəmizin hərbi qüdrətindən, Azərbaycan əsgərinin keçdiyi şərəfli döyüş yolundan bəhs edirlər. Məsul şəxslər ölkəmizdə müharibə iştirakçılarına, şəhid ailələrinə və qazilərə göstərilən yüksək dövlət qayğısından söz açır, eləcə də dövlətimiz tərəfindən onların maddi və mənzil-məişət şəraitlərinin, sosial rifah halının yaxşılaşdırılması istiqamətində icra olunan tədbirləri şagirdlərin diqqətinə çatdırırlar. Eyni zamanda şagirdlərlə hərbi vətənpərvərlik və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına dair söhbətlər aparılıb, onlara müvafiq tövsiyələr verilir.

Keçidlər