Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada sağlam və rasional qidalanma ilə bağlı tədbir keçirilmişdir

16 oktyabr 2026 | 17:32

Ağstafa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və “Ağstafa Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin dəstəyi ilə əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təşviqi və rasional qidalanma vərdişlərinin formalaşdırılması məqsədilə maarifləndirici tədbir keçirilmişdir.

Tədbirdə sağlam və balanslaşdırılmış qidalanmanın insan sağlamlığının qorunmasında, müxtəlif xəstəliklərin profilaktikasında və həyat keyfiyyətinin yüksəldilməsində mühüm rolu diqqətə çatdırılmışdır.

Çıxışlar zamanı gündəlik qida rasionunda meyvə və tərəvəzlərə üstünlük verilməsinin, duz və şəkər istehlakının məhdudlaşdırılmasının, kifayət qədər su qəbulunun və fiziki fəallığın əhəmiyyəti vurğulanmışdır. Eyni zamanda, düzgün qidalanma vərdişlərinin erkən yaşlardan formalaşdırılmasının, xüsusilə uşaqlar və yeniyetmələr arasında sağlam həyat tərzinin təşviqinin vacibliyi qeyd edilmişdir.

Tədbir iştirakçılarına sağlam və rasional qidalanma prinsipləri barədə ətraflı məlumat verilmiş, onları maraqlandıran suallar cavablandırılmış və müvafiq tövsiyələr səsləndirilmişdir.

Qeyd olunmuşdur ki, bu cür maarifləndirici tədbirlərin keçirilməsi əhalinin sağlam qidalanma ilə bağlı məlumatlılığının artırılmasına, xəstəliklərin profilaktikasına və cəmiyyətdə sağlam həyat tərzi mədəniyyətinin formalaşdırılmasına mühüm töhfə verir.

 

Keçidlər