Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada “Şəhərsalma və Memarlıq İli” çərçivəsində növbəti ağacəkmə aksiyası “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində təşkil olunub

12 mart 2026 | 18:16

Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar Ağstafa Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində növbəti ağacəkmə aksiyası keçirilib. Aksiyada Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, şəhid ailələrinin üzvləri, qazilər, məsul şəxslər, ictimaiyyət nümayəndələri və gənc könüllülər iştirak ediblər. Aksiya çərçivəsində ərazidə ümumilikdə 600 ədəd badam ağacı əkilib, yeni əkilən tinglərə zəruri aqrotexniki qulluq göstərilib.

 

Keçidlər