Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş Çövkən milli atüstü oyunu təşkil olunub

17 mart 2026 | 15:26
Ölkəmizdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar Ağstafa Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq "Dilbaz Atçılıq Kompleksi" MMC-nin komanda üzvlərinin iştirakı ilə keçirilən Çövkən milli atüstü oyunu maraqla qarşılanıb.
Oyuna tamaşa edənlər sırasında Ağstafa RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri yer alıblar.
Oyundan sonra Ağstafa rayonunu müxtəlif turnirlərdə layiqincə təmsil edən komandanın üzvlərinə xalqımızın minilliklər boyu qoruyub saxladığı atçılıq ənənələrinin yaşadılmasına və gənc nəslə çatdırılmasına dəstək olduqlarına görə minnətdarlıq edilib. Qeyd olunub ki, ölkəmizin hər yerində, o cümlədən Ağstafa rayonunda turizmin inkişafına yüksək töhfə verən atçılıq sahəsi dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunur.
Keçidlər