Ağstafada şəhid ailələri, qazilər və müharibə iştirakçılarının hüquqi maarifləndirilməsinə dair tədbir keçirilib.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Ağstafa RİH başçısı Seymur Orucov, Milli Məclisin deputatları Nizami Cəfərov, Ülviyyə Ağayeva, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və müharibə iştirakçıları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Mərkəzin qarşısında xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib önünə gül dəstələri düzərək dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər.
Çıxış edənlər Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələri, qazilərə və müharibə iştirakçılarına göstərdikləri diqqət və qayğıdan söz açıblar. Qeyd olunub ki, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərlə Azərbaycan dünya miqyasında öz modelini ortaya qoyub.
Tədbirin mövzusuna uyğun olaraq həmin sosial qrupdan olan insanların Qanunvericiliklə müəyyən edilən hüquqlarına dair maarifləndirici söhbətlər aparılıb.
Bildirilib ki, gələcəkdə bu istiqamətdə hüquqi maarifləndirmə tədbirləri davam etdiriləcəkdir.