Ağstafada şəhid övladları və fiziki sağlamlığı məhdud uşaqlar üçün "Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibətilə bayram şənliyi keçirilmişdir
30 dekabr 2022 | 10:02
Ağstafa rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Mədəniyyət Mərkəzində şəhid övladları və fiziki sağlamlığı məhdud uşaqlar üçün "Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibətilə bayram şənliyi keçirilmişdir. Iki gün davam edən tədbirdə 40 nəfər şəhid uşaqları və 35 nəfər fiziki sağlamlığı məhdud uşaqlar iştirak etdilər. Bayram şənliyində orta məktəb şagirdləri və Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvləri müxtəlif kompozisiyalarla çıxış etdilər. Təqdim olunan musiqi nömrələri, səhnəciklər və rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.
Sonda uşaqlara Yeni il münasibətilə hədiyyələr təqdim olundu.