Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada şəhid və qazi ailələri evlərində ziyarət olunur

25 iyul 2022 | 18:54

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizdə şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərdikləri yüksək diqqət və qayğı nəticəsində onların  sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlər o cümlədən Ağstafa rayonunda uğurla icra olunur.

Ağstafa rayonunun məsul şəxsləri tərəfindən şəhid və qazi ailələri yaşadıqları ünvanlarda ziyarət olunur, onları maraqlandıran məsələlər, eləcə də təklif və müraciətləri nəzarətə götürülərək həlli istiqamətində müvafiq tədbirlər müəyyən edilir.   

Keçidlər