Ağstafada şəhid və qazi ailələrinin yaşadıqları ünvanlarda ziyarət olunması davam etdirilir
03 avqust 2022 | 12:36
Ölkəmizdə şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onları narahat edən məsələlərin vaxtında həll olunması, hər cür qayğı ilə əhatə olunması Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqətindədir.
Bütün bölgələrdə olduğu kimi Ağstafada da şəhid və qazi ailələri rayonun məsul şəxsləri tərəfindən yaşadıqları ünvanlarda ziyarət olunur, ailənin hər bir üzvü diqqətlə dinlənilir, müraciətləri nəzarətə götürülərək müvafiq tədbirlər görülür.