Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada şəhidlərimizə və qazilərimizə həsr olunan “Vətən Sevgisi” adlı kitabın təqdimatı keçirilib

25 iyun 2023 | 18:46

Bu gün Ağstafa şəhər Mədəniyyət Mərkəzində şairə Ziba Sevindikin, vətən uğrunda qəhrəmanlıqla şəhid olan igidlərimizin, qazilərimizin fədakarlığı haqda qələmə aldığı “Vətən sevgisi” adlı kitabının təqdimatı olmuşdur. Tədbirdə məsul şəxslər, Ağstafa Mərkəzi Kitabxana sisteminin əməkdaşları, ağstafalı yazarlar, şairlər, fəal oxucular, mədəniyyət  və ictimaiyyət nümayəndələri iştirak ediblər. Dövlət Himnimizin səsləndirilməsindən sonra Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Ağstafa RİHB aparatının şöbə müdiri Ariz Qədimalıyev  çıxış edərək, Azadlığımızın, müstəqilliyimizin, dövlət quruculuğumuzun, qüdrətli Azərbaycanın var olması üçün həmişə vətənpərvər olan, yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə aparan, Vətənini düşməndən azad etmək üçün ölümün gözünə dik baxan, şücaəti gələcək nəsillərə örnək olan şəhidlərimizin və qazilərimizin şərəfli ömür yolundan bəhs etmişdir. Sonra Ziba Sevindik öz çıxışında Ümummilli Lider Heydər Əliyevin əməli işlərinin məntiqi nəticələrdən bəhs edərək ölkəmizdə mədəniyyət, elm və incəsənət sahəsinə göstərilən yüksək dövlət qayğısı üçün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib və bilik mənbəyi olan kitabın geniş təbliğində bu cür tədbirlərin yüksək əhəmiyyətindən söz açılıb.

Keçidlər