Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada Şəhidlərimizin xatirəsinə ehsan mərasimi təşkil olunub

01 oktyabr 2022 | 20:22

Ağstafa Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın təşkilatçılığı ilə təşkil olunan mərasimdə şuranın, RİH başçısı aparatının məsul şəxsləri və şəhid ailələrinin üzvləri iştirak ediblər.

Ölkəmizin azadlığı və suverenliyi uğrunda canından keçmiş Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra ruhlarına dualar oxunub.

İctimai Şuranın sədr müavini Teymur Əliyev, başçının müavini Lalə Eyyubova və digər natiqlər çıxışlarında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə ölkəmizdə şəhid ailələri, qazilər və müharibə iştirakçılarına göstərilən yüksək dövlət qayğısından bəhs edib, bu istiqamətdə Ağstafada həyata keçirilən tədbirlərdən söz açıblar. Şəhidlərimizin ailə üzvləri dövlətimizin qayğısını hər zaman hiss etdiklərini bildirib, bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndiriblər.

Keçidlər